Faculty of Oil Mechanical Engineering

Ümumi məlumat

 

Hazırda fakültədə bakalavriat səviyyəsində təhsil alan əyani və qiyabi tələbələrin sayı 979 nəfərdir, magistratura səviyyəsində 52, doktorantura səviyəsində 12 nəfər təhsil alır. Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 – lərlə magistr mühəndis-mexanik hazırlanıb.

 

Fakültənin 100-dək əməkdaşından 9 nəfər elmlər doktoru, professor, 43 nəfər  t.e.n.  və  t.ü.f.d., dosentdir.

 

 

Fakültənin tarixi

 

İlk dövrlərdə “Neft  sənayesi” fakültəsinin tərkibində şöbə kimi, 1930-cu ildən isə sərbəst “Neft-mexanika” fakültəsi kimi fəaliyyət göstərir.

 

Fakültənin yaranması və inkişafinda yaradıcılıq təşəbbüskarlığı göstərmiş alim və pedaqoqlardan professorlar İ.Q.Yesman, N.Y.Bulax, L.S.Leybenzon, P.P.Lukin, K.V.Pokrovskiy, N.L.Vannikov, A.M.Trequbov, İ.S.Quxman, S.M.VoIox, Y.N.Dunin, A.X.Mirzəcanzadə, R.İ.Şişşenko, S.V.Yurkevskiy. R.A.BədəIov, K.S.Əliverdizadə, A.C.Mustafeyev, Y.Ə.Əmənzadə, H.M.Şahmalıyev və başqalarını göstərmək olar.

 

Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə İ.İ.Semyanistiy, A.İ.Sevastyanov, R.A.Bədəlov, F.M.Yaroşevskiy, Ə.Q.Mirzəbəyov, Z.H.Əliyev, F.S.Hüseynov, N.M Erivanli, A.R.Cərrahov, S.H.Babayev, V.H.Şərifov, R.İ. Camalov , Q.Ə. Məmmədov, S.H.Abbasov icra etmişlər

 

Fakültənin nəzdində yaranan “Nanomateriallar  və  nanotexnologiyalar” Elmi – tədqiqat  laboratoriyasının  fəaliyyət  planı:    

 

  •  Polimer əsaslı metal nanohissəcikli doldurucularla kompozit  materialların işlənməsi;
  •  Çökdürmə üsulları ilə  nanohissəciklərlə  legirləndirilmiş  dəmir əsaslı  ovuntu kompozisyasının işlənilməsi;
  •  Dəmir əsaslı kompakt materialların səth  təbəqəsinin  yeyilməyə  davamlığının artırılması.

 

 

Dekan və müavinlər

 

Hazırda fakültə dekanı dosent, t.e.n., Əli Hikmət Əhmədov

 

İş telefonu: +(994) 12 498 80 95

Mob:           +(994) 50 336 27 42

                   +(994) 55 548 75 90

E-mail: a.ahmedov@asoiu.edu.az

 

 

Təhsili və elmi dərəcə

 

  •  1984-ci il ali təhsil “mühəndis-mexanik” kvalifikasiyası
  •  1992-ci il t.e.n. ADNSU (sabiq AzNKİ), AAK SSRİ
  •  2000-ci ildən dosent ADNSU (sabiq ADNA), AAK AR

 

Tədqiqat sahəsi

 

  •   Neft-mədən avadanlıqların etibarlılıq problemləri
  •   Neft-mədən avadanlıqların hidrosilindrlərinin gərginlik-deformasiya vəziyyətinin tədqiqi

 

Qəbul günləri vaxtları:

 

Tələbələr üçün hər gün: 1300 - 1600

Kənar şəxslər üçün: Bazar ertəsi,çərşənbə, cümə1600 - 1800

 

Dekan müavini:  Dosent,t.e.n., İlman Həsənov

Tel: (iş) 498 80 95

 

Qəbul günləri vaxtları:

 

Tələbələr üçün hər gün: 1300 - 1800

Kənar şəxslər üçün: çərşənbə axşamı, cümə axşamı 1600 - 1700

 

 

İxtisaslar: Bakalavr hazırlığı aparılan ixtisaslar:

 

Tədris planı – 050601 -  “Materialşünaslıq  mühəndisliyi”

Tədris planı – 050610 -   “Enerji  maşınqayırması  mühəndisliyi”

Tədris planı – 050625 -   “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”

Tədris planı – 050630 -   “Mexanika mühəndisliyi”

Tədris planı – 050646 -   “Təkrar emal və bərpa texnologiyaları  mühəndisliyi”                         

 

Magistr hazırlığı aparılan ixtisaslar:

 

  Tədris planı – 060601 -  “Materialşünaslıq  mühəndisliyi”

 

  •  Materialşünaslıq və materiallar texnologiyası
  •  Kompozisiya materialları
  •  Alət materialları.
  • Materialşünaslıq, nanomaterialların texnologiyası və örtüklər                                                      

 

Tədris planı – 060610 -   “Enerji  maşınqayırması  mühəndisliyi”

 

  •  Neft – mədən qurğularının  hidravlik  sistemləri

 

Tədris planı – 060625 -   “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”

 

  •  Neft-qaz  istehsalının maşın və avadanlıqları
  •  Neft emalı və kimya istehsalının maşın və avadanlıqları
  •  Neft-qaz istehsal vasitələrinin renovasiyası.

 

 Tədris planı – 060630 -   “Mexanika mühəndisliyi”

 

  •  Neft-mədən avadanlıqlarının və xüsusi qurğuların dinamikası və möhkəmliyi
  •  Dəniz neft-qaz hidrotexniki qurğularının dinamikası və möhkəmliyi
  •  Yükqaldırıcı maşınların dinamikası və möhkəmliyi
  • Tribotexnika

 

Tədris planı – 060646 -  “Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi”,                     

 

  •  Avadanlıqların bərpası və möhkəmliyinin artırılması
  • Neft-qaz mədən avadanlıqlarının emal  texnologiyası.

 

Kafedralar: Fakültənin strukturuna daxil olan kafedralar:   

  

  •  “Neft-qaz avadanlığı”(Kafedra müdiri-prof.Məmmədov V.T.)
  • “Maşınqayırma və materialşünaslıq”(Kafedra müdiri-dos.Cabbarov Q.T.)
  • “Mexanika” (Kafedra müdiri-prof.Kərimov Ö.M.)
  • “Mühəndis və kompüter qrafikası”(Kafedra müdiri-prof. Həbibov İ.Ə.)