İnformasiya Texnologiyaları Departamenti

İnformasiya Texnologiyaları Departamentinin fəaliyyətinin əsas məqsədi müasir standartlara uyğun informasiya sistemlərinin yaradılmasının, dəstəklənməsinin və onların digər sistemlərlə inteqrasiyasının təşkil edilməsidir.

 

 Departamentin əsas funksiyaları:

 

  • Müasir tələblərə cavab verən informasiya sistemlərinin yaradılması, daim inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi;
  • İnformasiya sistemlərinin etibarlı və davamlı fəaliyyətinin təmin edilməsi;
  • Avtomatlaşdırmadan kənar qalan sahələrin müəyyən edilməsi, bununla əlaqədar informasiya texnologiyalarına dair tələblərin və texniki tapşırıqların hazırlanması və avtomatlaşdırma prosesinə cəlb edilməsi; 
  • Proqramlaşdırılacaq məsələlərin alqoritmlərinin və proqram təminatlarının işlənib hazırlanması;
  • İnformasiya sistemlərinin müasir standartlara uyğun olaraq digər sistemlərə inteqrasiyasının təşkil edilməsi;
  • İnformasiya sistemlərinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Universitetin normativ-metodoloji bazasının hazırlanması və daim təkmilləşdirilməsi;
  • İnformasiya texnologiyaları məsələlərinə dair departamentə daxil olan müraciətlərə baxılması, məktub və sorğulara cavabların hazırlanması.

 

Ad, SoyadVəzifəƏlaqə nömrəsi
Elnur SəfərliDirektor+994 12 493 85 72 
Salman SalmanovDirektor müavini