Azərbaycanda yaşamaq

Yerləşdirmə

 

Bakıda əcnəbi tələbələr üçün müxtəlif yerləşdirmə imkanları təqdim olunur. Universitetin yaxınlığında yerləşən yataqxanamız tələbələrin şəhərin mərkəzində sərfəli qiymətə yaşayış yeri əldə etməsinə imkan verir. Beynəlxalq Əməkdaşlıq Şöbəsi Əcnəbi Tələbələr Dekanlığı ilə birlikdə xarici tələbələrə rahat və münasib qiymətə yerlər tapmaq üçün köməklik göstərməyə hazırdır.

 

 

Nəqliyyat

 

 Bakıda əsas ictimai nəqliyyat vasitələri avtobus (BakuBus) və metrodur (Bakı Metropoliteni). Bundan əlavə uzaq məsafələr üçün “Rent a car” xidmətlərindən də yararlanmaq mümkündür.

 

Bakı Metropoliteni şəhər mərkəzi ilə ətraf əraziləri birləşdirir və münasib surətdə sürətli, təhlükəsiz, təmiz və effektiv hərəkəti təmin edir. Metro Bakı ətrafında hərəkət etmək üçün ən ucuz nəqliyyat vasitəsi hesab edilir. 2015-ci ildən başlayaraq Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart (BakıKART) sistemi tətbiq edilmişdir. Sözügedən kart “BakıKART” terminallarından, mətbuat köşklərindən və “BakıKart” loqolu digər satış nöqtələrindən əldə edilə bilər.

 

Bakı şəhərində ictimai və şəxsi avtobuslar fəaliyyət göstərir. Şəhərətrafı ərazilərə yollanan avtobuslar kifayət qədər ucuzdur. Şəhər avtobusları və metroda bir şəhərdaxili gediş haqqı 0.20 AZN təşkil edir.

 

Bakı şəhərinin həmçinin müxtəlif taksi şirkətləri vardır ki, onlardan da müvafiq məsafələr üçün münasib qiymətə istifadə etmək olar.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın əsas hava limanı olmaqla şəhər mərkəzindən kənarda yerləşir. Aeroport ölkənin milli aviaşirkəti Azərbaycan Hava Yolları daxil olmaqla bir çox beynəlxalq daşıyıcılar vasitəsilə Bakını Avropa, Yaxın Şərq və Asiyanın şəhərləri ilə birləşdirir. Mərkəzdən (28 may metrostansiyasından) hava limanına hərəkət edən ekspress avtobuslar sərnişinlərin hərəkətini asanlaşdırır.