Tədbirlər

Beynəlxalq Əməkdaşlıq Şöbəsi (BƏŞ) 16 dekabr 2015-ci il tarixində Erasmus+ Milli Ofisinin təşəbbüsü əsasında Erasmus+ Məlumat gününün keçirilməsini təşkil edib. Tədbirdə 30-dək institut və təşkilatdan 100-ə yaxın nümayəndə iştirak edib.

 

 

 

Birbaşa BƏŞ-in təşəbbüsü və təşkilatçılığı ilə və ADNSU-nun 20-dən çox ölkədən olan əcnəbi tələbələrinin iştirakı ilə 19 dekabr 2015-ci il tarixində keçirilən Birinci Beynəlxalq Tələbə Festivalı isə universitet tarixində bir ilk olub. Birinci Beynəlxalq Tələbə Festivalında 15 ölkənin diplomatik nümayəndəliyi təmsil olunub, 12 ölkədən tələbələr müxtəlif çıxışlarla ölkələrinin mədəniyyətini nümayiş etdiriblər.