Beynəlxalq Əməkdaşlıq Şöbəsi

Biz kimik

 

ADNSU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsi 2015-ci ilin oktyabrında fəaliyyətə başlayıb. Şöbə Beynəlxalq Əlaqələr üzrə prorektora tabe olmaqla Universitetin mövcud beynəlxalq əlaqələrinin inkişaf etdirilməsini və xarici ali məktəblər, təşkilatlar və müəssisələr ilə yeni əlaqələrin qurulmasını təmin edir. Hal-hazırda ADNSU-nun dünyanın 25-dən çox ölkəsinin 75 universiteti ilə birbaşa əməkdaşlıq müqaviləsi mövcuddur. Mövcud müqavilələr çərçivəsində Universitet tələbələrin və əməkdaşların mübadiləsi və qarşılıqlı elmi layihələrin hazırlanmasını həyata keçirir.

 

Biz nə edirik

 

Beynəlxalq əməkdaşlıq şöbəsinin əsas məqsədi aşağıdakılardır:

 

  • Beynəlxalq praktikanın universitetdə tətbiq edilməsinə dəstək olmaq;
  • Universitetlər arasında qarşılıqlı münasibətlərin inkişafı üçün memorandum və ikitərəfli müqavilələrin imzalanmasını təşkil etmək;
  • Universitetin beynəlxalq təşkilatlara üzvlüyünü, təşkilatlar və müəssisələr ilə əməkdaşlığını təmin etmək;
  • Universitetin beynəlxalq layihələrdə iştirakını təmin etmək;
  • Tələbələrin və işçi heyətin mübadilə proqramlarında iştirakını təşkil etmək və s.

 

 

Heyət

 

Şöbə müdiriCəmilə İsmayılzadə
1993-20042 saylı orta məktəb
2004-2008Bakalavr, Beynəlxalq münasibətlər, Bakı Dövlət Universiteti (fərqlənmə diplomu)
2008-2010Magistr, Beynəlxalq münasibətlər, Almaniyanın Ayhştadt-İnqolştadt Katolik Universiteti (DAAD təqaüdü)
E-poçtj.ismayilzada@asoiu.edu.az

 

 

 

MütəxəssisNərmin Həmidli
2000-2011Zəngi liseyi
2011-2015Bakalavr, Kimya müəllimliyi, Bakı Dövlət Universiteti
2015-2017Magistr, Kimya mühəndisliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (fərqlənmə diplomu)
E-poçtn.hamidli@asoiu.edu.az

 

 

MütəxəssisElmira Həsənova
1999-2010158 saylı orta məktəb, Heydər Əliyev adına muzey məktəbi (fərqlənmə şəhadətnaməsi, tərifnamə)
2010-2014Bakalavr, Beynəlxalq münasibətlər, Azərbaycan Dillər Universiteti (fərqlənmə diplomu)
2015-2017Magistr, Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti, Bakı Dövlət Universiteti (ingilis bölməsi, fərqlənmə diplomu)
E-poçte.hasanova@asoiu.edu.az

 

 

MütəxəssisLeyla Nağıyeva 
2007-2011Bakalavr, Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi, Bakı Dövlət Universiteti (fərqlənmə diplomu)
2011-2013Magistr, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsi, Bakı Dövlət Universiteti (fərqlənmə diplomu)
2014 - davam edirDoktorant, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsi, Bakı Dövlət Universiteti
Fevral 2017 - Avqust 2017Tədqiqat, Siyasi elmlər fakültəsi, Pavia Universiteti, İtaliya (Erasmus+)
E-poçtl.naghiyeva@asoiu.edu.az 

 

 

MütəxəssisRəşad Şıxıyev
1998-2008Nizami Nərimanov adına 248 saylı orta məktəb
2008-2012Bakalavr, Ekologiya və torpaqşünaslıq, Bakı Dövlət Universiteti
2017 - davam edirMagistr, Ekologiya mühəndisliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-poçtrashad.shikhiyev@asoiu.edu.az

 

TəcrübəçiFranziska Lengerer
2012-2015Bakalavr, Mədəniyyətlərarası əlaqələr, Çester Universiteti və Bayrot Universiteti (ikili diplom)
2015 - davam edirMagistr, Qlobal dəyişiklik coğrafiyası, Frayburq Universiteti