Neft-mexanika fakültəsi
Ümumi məlumat
Hazırda fakültədə bakalavriat səviyyəsində təhsil alan əyani və qiyabi tələbələrin sayı 1248 nəfərdir, magistratura səviyyəsində 78, doktorantura səviyəsində 32 nəfər təhsil alır. Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 – lərlə magistr mühəndis-mexanik hazırlanıb.
Fakültənin 100-dək əməkdaşından 8 nəfər elmlər doktoru, professor, 50 nəfər t.e.n. və t.ü.f.d., dosentdir.
Fakültənin tarixi
İlk dövrlərdə “Neft sənayesi” fakültəsinin tərkibində şöbə kimi, 1930-cu ildən isə sərbəst “Neft-mexanika” fakültəsı kimi fəaliyyət göstərir.
Fakültənin yaranması və inkişafinda yaradıcıhq təşəbbüskarlığı göstərmiş alim və pedaqoqlardan professorlar İ.Q.Yesman, N.Y.Bulax, L.S.Leybenzon, P.P.Lukin, K.V.Pokrovskiy, N.L.Vannikov, A.M.Trequbov, İ.S.Quxman, S.M.VoIox, Y.N.Dunin, A.X.Mirzəcanzadə, R.İ.Şişşenko, S.V.Yurkevskiy. R.A.BədəIov, K.S.Əliverdizadə, A.C.Mustafeyev, Y.Ə.Əmənzadə, H.M.Şahmalıyev və başqalarını göstərmək olar.
Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 –lərlə magistr mühəndis-mexanik hazırlanmişdır. Hal-hazırda fakültəmizdə təhsili alan əyani və qiyabi tələbələrin sayı 1248-dur.
Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə İ.İ.Semyanistiy, A.İ.Sevastyanov, R.A.Bədəlov, F.M.Yaroşevskiy, Ə.Q.Mirzəbəyov, Z.H.Əliyev, F.S.Hüseynov, N.M Erivanli, A.R.Cərrahov, S.H.Babayev, V.H.Şərifov, R.İ. Camalov , Q.Ə. Məmmədov, S.H.Abbasov icra etmişlər.
Fakültənin nəzdində yaranan "Lazer texnologiyası" mərkəzi fəaliyyət göstərir.
Fakültənin nəzdində yaranan “Nanomateriallar və nanotexnologiyalar” Elmi – tədqiqat laboratoriyasının fəaliyyət planı:
- Polimer əsaslı metal nanohissəcikli doldurucularla kompozit materialların işlənməsi;
- Çökdürmə üsulları ilə nanohissəciklərlə legirləndirilmiş dəmir əsaslı ovuntu kompozisyasının işlənilməsi;
- Dəmir əsaslı kompakt materialların səth təbəqəsinin yeyilməyə davamlığının artırılması.
Dekan və müavinlər
Hazırda fakültə dekanı dosent, t.e.n., Əli Hikmət Əhmədov
İş telefonu: +(994) 12 498 80 95
Daxili: 5-21
E-mail: a.ahmedov@asoiu.edu.az
Təhsili və elmi dərəcə
- 1984-ci il ali təhsil “mühəndis-mexanik” kvalifikasiyası
- 1992-ci il t.e.n. ADNSU (sabiq AzNKİ), AAK SSRİ
- 2000-ci ildən dosent ADNSU (sabiq ADNA), AAK AR
Tədqiqat sahəsi
- Neft-mədən avadanlıqların etibarlılıq problemləri
- Neft-mədən avadanlıqların hidrosilindrlərinin gərginlik-deformasiya vəziyyətinin tədqiqi
Qəbul günləri vaxtları:
Tələbələr üçün hər gün: 13:00 - 16:00
Kənar şəxslər üçün: Bazar ertəsi, çərşənbə, cümə 16:00 - 18:00
Dekan müavini: Dosent,t.e.n., Həsənov İlman İman oğlu
Tel: (iş) 498 80 95 (daxili) 5-21
Qəbul günləri vaxtları:
Tələbələr üçün hər gün: 13:00 - 18:00
Kənar şəxslər üçün: çərşənbə axşamı, cümə axşamı 16:00 - 17:00
İxtisaslar: Bakalavr hazırlığı aparılan ixtisaslar:
Tədris planı – 050601 - “Materialşünaslıq mühəndisliyi”
Tədris planı – 050610 - “Enerji maşınqayırması mühəndisliyi”
Tədris planı – 050625 - “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”
Tədris planı – 050630 - “Mexanika mühəndisliyi”
Tədris planı – 050646 - “Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi”
Tədris planı – 050657 - “Sənaye mühəndisliyi”
Magistr hazırlığı aparılan ixtisaslar:
Tədris planı – 060601 - “Materialşünaslıq mühəndisliyi”
- Materialşünaslıq və materiallar texnologiyası
- Kompozisiya materialları
- Alət materialları.
- Materialşünaslıq, nanomaterialların texnologiyası və örtüklər
Tədris planı – 060610 - “Enerji maşınqayırması mühəndisliyi”
- Neft – mədən qurğularının hidravlik sistemləri
Tədris planı – 060625 - “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”
- Neft-qaz istehsalının maşın və avadanlıqları
- Neft emalı və kimya istehsalının maşın və avadanlıqları
- Neft-qaz istehsal vasitələrinin renovasiyası.
Tədris planı – 060630 - “Mexanika mühəndisliyi”
- Neft-mədən avadanlıqlarının və xüsusi qurğuların dinamikası və möhkəmliyi
- Dəniz neft-qaz hidrotexniki qurğularının dinamikası və möhkəmliyi
- Yükqaldırıcı maşınların dinamikası və möhkəmliyi
- Tribotexnika
Tədris planı – 060646 - “Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi”,
- Avadanlıqların bərpası və möhkəmliyinin artırılması
- Neft-qaz mədən avadanlıqlarının emal texnologiyası.
Kafedralar: Fakültənin strukturuna daxil olan kafedralar:
- “Neft-qaz avadanlığı”(Kafedra müdiri-prof.İsmayılov R.Ş)
- “Maşınqayırma və materialşünaslıq”(Kafedra müdiri-dos.Cabbarov Q.T.)
- “Mexanika” (Kafedra müdiri-prof.Əliyev Ə.M.)
- “Mühəndis və kompüter qrafikası”(Kafedra müdiri-prof. Həbibov İ.Ə.)