Card image cap

ADNSU-da daimi işə qəbul olunan müəllimlər and içiblər

Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib.

Tədbirdə Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Kadrlar şöbəsinin rəisi İlduzə Hüseynova, fakültə dekanları, kafedra müdirləri və işə qəbul olunan müəllimlər iştirak edib.

Tədris işləri üzrə prorektor, dosent Q. Məmmədov işə qəbul olunan müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra ADNSU-da ilk dəfə daimi işə qəbul olunan 15 müəllim Azərbaycan Respublikasının dövlət bayrağı altında Konstitusiyaya əl basaraq and içiblər.

Qeyd edək ki, müəllimlərin andiçməsi Təhsil Nazirliyinin 2014-cü il 16 may tarixli əmrinə əsasən həyata keçirilib.