Card image cap

ADNSU ilə Malakand Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Sentyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Pakistanın Malakand Universitetinin professoru, Pakistan Kimya Cəmiyyətinin vitse-prezidenti professor dr. Rəşid Əhmədlə görüşüb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonağa universitetin tarixi, son vaxtlar ali məktəbdə həyata keçirilən islahatlar haqqında məlumat verib.

Universitetdəki tədris prosesi, beynəlxalq əlaqələr, əcnəbi tələbələr, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında danışan rektor, prof. Mustafa Babanlı qonağı “eazi START” Startap və İnnovasiya Mərkəzi, gündəlik təcrübə proqramı və başqa yeniliklər haqqında da məlumatlandırıb.

Səmimi qəbula görə rektora minnətdarlığını bildirən professor dr. Rəşid Əhməd təmsil etdiyi universitet haqqında məlumat verib. ADNSU ilə əməkdaşlığın önəmindən danışan R.Əhməd gələcəkdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə inandığını bildirib.

Görüşdə iki universitet arasında tələbə və müəllim mübadiləsi haqqında müzakirələr aparılıb. Sonda tərəflər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. ADNSU-nun rektoru, professor M.Babanlı qonağa xatirə hadiyyəsi təqdim edib.