Card image cap

ADNSU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında əməkdaşlıq inkişaf edir

Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Murad Ömərov ilə görüşüb. Qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə tədris olunan ixtisaslar, tədris prosesi, son nailiyyətlər haqqında geniş söhbət aparılıb.

Görüşdə hər iki universitetdə tədris olunan kompüter elmləri ixtisasları üzrə birgə kadr hazırlığına dair əməkdaşlıq edilməsi barədə razılıq əldə olunub.

Görüşün sonunda əməkdaşlığa dair memorandum imzalanıb.