Card image cap

ADNSU-da keçiriləcək Kimya elmləri və texnologiyaları üzrə III Beynəlxalq Türk Dünyası konfransının iştirakçıları artıq Bakıdadır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə sentyabrın 10-13-də keçiriləcək Kimya elmləri və texnologiyaları üzrə III Beynəlxalq Türk Dünyası konfransının 240 nəfər iştirakçısı artıq Bakıdadır.
ADNSU-nun ev sahibliyi edəcəyi beynəlxalq konfransda Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyadan, o cümlədən Tatarıstan, Başqırdıstan Respublikalarından, Qazaxıstan, Türkmənistan, İraq, Pakistan, Bosniya və Hersoqovina, Qırğızıstan, Əlcəzair və digər ölkələrdən olan alimlər çıxış edəcəklər.
Sentyabrın 11-də ADNSU-da rəsmi açılış mərasimi keçiriləcək beynəlxalq konfrans, eləcə də konfrans çərçivəsində təşkil olunacaq seminarlarda kimya elmlərinin və texnologiyalarının mövcud vəziyyəti ilə yanaşı, bu sahədə qazanılmış yeni elmi nailiyyətlər, onun müasir inkişaf tendensiyasına dair məruzə və çıxışlar səslənəcək.
Beynəlxalq Türk Dünyası konfransının əsas məqsədi müxtəlif universitetlər, institutlar, cəmiyyətlər, agentliklər və s. qurumlardan olan kimya elmləri və texnologiyaları üzrə mütəxəssisləri unikal bir platformada toplamaq və onların bu sahədə olan dünyamiqyaslı ideyalarının paylaşmasını təmin etməkdir.