Card image cap

ADNSU-ya qəbul olunan abituriyentlərin nəzərinə!

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunan abituriyentlərin qeydiyyatına start verilib.

Qeydiyyat 15-25 avqust (şənbə və bazar günləri istisna olmaqla) tarixlərində saat 09:00-dan 17:00-dək aparılacaq.

ADNSU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı üçün tələb olunan sənədlər:

1. Attestat (əsli və surəti)
2. Şəxsiyyət vəsiqəsinin surəti (5 nüsxə)
3. 6 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə)
4. Tərcümeyi-hal (əsli və surəti)
5. Sağlamlıq haqqında şəkilli tibbi arayış (əsli və surəti)
6. Çağırış vəsiqəsinin əsli və surəti (oğlanlar üçün)
7. Abituryentin kartının şifri (DİM iş nömrəsi)
8. Ödənişli ixtisaslara qəbul olunanlar üçün təhsil haqqı (tam şəkildə)
9. DİM imtahan nəticəsi (2 nüsxə) https://eservices.dim.gov.az/erizebak/musabiqe1/ 

- Sənədlər ayrıca ipli qovluqda təqdim edilir.